Millimiz yenə darmadağın oldu

Millimiz yenə darmadağın oldu Millimiz bu gün Avro-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxacaq.
Yığmamız F qrupunda 2-ci turda İsveçin qonağı olacaq. Solna şəhərindəki "Frends Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Qrupun digər matçında Avstriya Estoniyanı qəbul edəcək.
Qeyd edək ki, Azərbaycan bu turnirdə ilk turda Avstriyaya 1:4 hesabı ilə uduzub.
F qrupu
22:45. İsveç - Azərbaycan
22:45. Avstriya - Estoniya
Həmçinin oxuyun: На повестке дня вновь оказался жест президента 8-летней давности в адрес армянского спортсмена - Видео
***
Matç başladı.
***
İsveç hesabı açdı. Forsberq 38-ci dəqiqədə fərqləndi.
***
İlk hissə başa çatdı.
***
İkinci hissə başladı.
***
2:0. 65-ci dəqiqədə Bəhlul Mustafazadə avtoqol müəllifi olur.
***
Hesab 3:0 olur. Qyokeres 79-cu dəqiqədə fərqlənir.
***
Hesab 88-ci dəqiqədə 4:0 olur. Karlsson fərqlənir.
***
89-cu dəqiqədə 5:0 olur. Elanqa bu dəfə millimizin qapısına yol tapır.
***
Matç bitdi.

Tehsil-press.az





Oxşar xəbərlər