Millimiz Bolqarıstana qarşı

Millimiz Bolqarıstana qarşı Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində bu gün növbəti oyununa çıxacaq. A qrupunda qərarlaşan Vasif Talıbovun yetirmələri ikinci sınağını Bolqarıstanla görüşdə verəcək.
Bu, rəqibin qrupda son oyunu olacaq. Bolqarıstan ilk turda Polşaya 1:3, II turda isə meydan sahibi Niderlanda 0:3 hesabı ilə uduzub.
Azərbaycan millisi isə hələlik bir matça çıxıb. Komandamız ilk turda Niderlandla qarşılaşma 0:3 hesablı məğlubiyyətə düçar olub. Millimiz növbəti mərhələ şansını böyük ölçüdə itirən bolqarlar üzərində qələbə qazanmaqla yarımfinala vəsiqə iddiasını davam etdirə bilər.
Qrupun digər görüşündə Niderland Polşaya qalib gəlsə, qrup lideri kimi yarımfinala adlayacaq.
Avropa Təsnifat Turniri
A qrupu
9 yanvar
19:00. Bolqarıstan - Azərbaycan
Apeldorn (Hollandiya), "Omnisport" salonu

Tehsil-press.az

Oxşar xəbərlər