Zelenskidən bu rusiyalı idmançılara sanksiya

Zelenskidən bu rusiyalı idmançılara sanksiya Ukrayna Prezidenti Volodimir Zelenski bir sıra rusiyalı idmançıya, o cümlədən fiqurlu konkisürmə üzrə məşqçi və xoreoqraf İlya Averbux və CSKA Moskva klubunun futbolçusu İqor Akinfeyevə qarşı sanksiya tətbiq edib.
Fərman Ukrayna Prezident Aparatının saytında yerləşdirilib.
Sənədə əsasən, məhdudlaşdırıcı tədbirlər on il müddətində qüvvədə olacaq. Siyahıya həmçinin fiqurlu konkisürənlər İvan Bukin və Dmitri Əliyev, futbolçular Yuri Qazinski və Diniyar Bilyaletdinov, gimnast Artur Dalaloyan da daxil edilib.

Tehsil-press.az



Oxşar xəbərlər