
Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov bildirib ki, Ukrayna tərəfi Putinin buna razılıq verəcəyi təqdirdə belə bir danışıqlar formatını nəzərdən keçirməyə hazırdır.
"Bu nə dərəcədə doğrudur, onu deyə bilmərəm - bu razılaşmalar Türkiyə və Rusiya prezidenti arasında olub. O ki qaldı Ukrayna Prezidenti Aparatının mövqeyinə, Rusiya prezidenti razılıq versə, biz də bu təklifə baxacağıq», - Nikiforov bildirib.
Hələlik Putinin mətbuat katibi Dmitri Peskov Putinlə Ərdoğanın ikitərəfli söhbətini təsdiqləyib.
Tehsil-press.az