ABŞ əcnəbilər üçün məcburi koronavirus peyvəndini ləğv edir

ABŞ əcnəbilər üçün məcburi koronavirus peyvəndini ləğv edir ABŞ-da koronavirusla bağlı daha bir tələb aradan qaldırılır.
Bu barədə Ağ Evin yaydığı bəyanatda deyilib.
“Mayın 12-dən etibarən ABŞ hakimiyyəti ölkəyə gələn əcnəbilər, habelə federal işçilər və podratçılar üçün məcburi COVID-19 peyvəndi tələbini aradan qaldıracaq. Bununla da COVID-19 ilə əlaqədar ictimai səhiyyə sahəsindəki fövqəladə vəziyyət başa çatacaq”, - deyə bəyanatda qeyd olunub.

Tehsil-press.az



Oxşar xəbərlər