Kanada koronavirusla bağlı sərhəddəki məhdudiyyətlərin müddətini uzadıb

Kanada koronavirusla bağlı sərhəddəki məhdudiyyətlərin müddətini uzadıb Kanada hakimiyyəti sərhədlərdəki koronavirusla bağlı məhdudiyyətləri ən azı 30 sentyabra qədər uzatmaq barədə qərar qəbul edib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.
"Kanada hökuməti ölkəyə daxil olan səyahətçilər üçün cari sərhəd məhdudiyyətlərinin uzadıldığını elan edir. Məhudiyyətlər 2022-ci il 30 sentyabr tarixinədək qüvvədə olacaq", - deyə açıqlamada bildirilir.
Beləliklə, Şimali Amerika ölkəsinin bütün vətəndaşları peyvənd statusundan asılı olmayaraq Kanadaya daxil ola bilər, lakin peyvənd olunmamış kanadalılar 14 günlük karantindən keçməli olacaqlar. Əcnəbilər Şimali Amerika ölkəsinə yalnız Kanadanın Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş koronavirus peyvəndi ilə vaksinasiya olunduqları təqdirdə daxil ola biləcəklər.

Tehsil-press.az


Oxşar xəbərlər