İnsanın bədən quruluşuna bənzəyən yaşayış massivi

İnsanın bədən quruluşuna bənzəyən yaşayış massivi İtaliyanın insan formalı kəndi görənləri heyran edir. İtaliyanın Siciliya adasında yerləşən Centuripe kəndi yüksəkdən görüntüləri ilə nəhəng, qəribə insan şəklini xatırladır. Yuxarıdan kəndin mənzərəsini görənlər heyrətlənir. Uzaqdan Centturipe kəndinə baxanda qolları və ayaqları açıq vəziyyətdə olan kişi şəklini görmək mümkündür. Bəzilərinin fikrincə, insan formasına oxşayan kəndin quruluşu kifayət qədər təəccüblüdür. Fotoqraf Pio Andre Berri ən yaxşı bucağı çəkmək üçün dronunu kəndin ən hündür nöqtəsindən 120 metr yüksəkliyə qaldırıb.
Kənd nəqliyyatın asan olması üçün belə dizayn ilə planlaşdırılmışdır. Mərkəzdən müxtəlif istiqamətlərə uzanan yolların formalaşdığı dağlıq ərazilərdə bu tip planlaşdırmaya üstünlük verilir. Kəndin tarixi eramızdan əvvəl V əsrə gedib çıxır. İnsan bədəninə bənzədilən kəndin forması bəzilərinə görə dəniz ulduzunu xatırladır.

Tehsil-press.az



Oxşar xəbərlər