Şəmkirdə üç uşaq anası özünü asdı

Şəmkirdə üç uşaq anası özünü asdı Şəmkir rayonunda üç uşaq anası intihar edib.
Hadisə rayonun Təzə Posanlı kəndi ərazisində baş verib.
Belə ki, həmin kəndin sakini, 1987-ci il təvəllüdlü Aygün Həsən qızı Hüseynova yaşadığı evin çardağında özünü asaraq intihar edib.
Qeyd edək ki, üç azyaşlı uşaq anası olan A.Hüseynovanın hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.

Tehsil-press.az

Oxşar xəbərlər