ATƏT-in iclasında erməni təxribatı pislənildi

ATƏT-in iclasında erməni təxribatı pislənildi ATƏT Daimi Şurasının iclasında Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribatla bağlı məsələ qaldırılıb.
Bu barədə Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Rövşən Sadıqbəyli tviter hesabında paylaşım edib.
“Bu cür əməllər sülh prosesini baltalayır və beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır. Ermənistanın sülhə məcbur edilməsi və onu normallaşma prosesinin məntiqində saxlanılması üçün əlavə tədbirlər görülməlidir”,- deyə o bildirib.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub.

Tehsil-press.az



Oxşar xəbərlər