
Bu barədə Dövlət Departamentinin Avropa və Avrasiya işləri üzrə Bürosunun "Twitter" səhifəsində deyilir.
"Biz Ermənistan və Azərbaycan qüvvələri arasında itkilərlə nəticələnən insident barədə məlumatlardan narahatıq. Həlak olanların ailələrinə başsağlığı veririk", - deyə məlumatda deyilir.
Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.
Tehsil-press.az