Tbilisidə etirazçılar Rusiyanın bu qərarının ləğvini tələb edirlər

Tbilisidə etirazçılar Rusiyanın bu qərarının ləğvini tələb edirlər Onlarla insan Tbilisinin mərkəzində Gürcüstan parlamenti qarşısında Rusiya ilə birbaşa uçuşların ləğvini tələb edərək etiraz aksiyası keçirir.
Etirazçılar Gürcüstan hakimiyyətinin Moskvanın birbaşa uçuşlara qadağaları aradan qaldırmaq, eləcə də Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etmək qərarına müsbət reaksiyasını tənqid edirlər.
Etirazçılar ölkə rəhbərliyindən tezliklə Tbilisi ilə Moskva arasında birbaşa uçuşların qadağan edilməsini tələb edirlər.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin mayın 10-da imzaladığı fərmanla 2019-cu ilin iyun ayından qüvvədə olan Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarına qoyulan qadağanı ləğv edib. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Rusiyanın viza rejiminin ləğvini və Gürcüstana uçuşların qadağan edilməsini müsbət qiymətləndirib.

Tehsil-press.az



Oxşar xəbərlər