Rusiya əvvəlki kimi ABŞ ilə viza rejiminin ləğvi barədə danışıqlar aparmağa hazırdır, lakin bu, sanksiya siyasəti kontekstində çətin ki mümkün olsun. Bunu TASS-a açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Konsul departamentinin direktoru Yevgeni İvanov deyib.Onun sözlərinə görə, Rusiya nəinki ABŞ, eləcə də digər ölkələrlə qarşılıqlı olaraq viza rejiminə keçməyə hazırdır. Xatırladaq ki, 2011-ci ildə Rusiyanın Baş naziri olmuş Vladimir Putin ABŞ-ın vitse-prezidenti Cozef Baydenə iki ölkə arasında vizasız rejim haqqında danışıqlara başlamağı təklif etmişdi. C.Bayden isə bu təklifi "yaxşı ideya" adlandırmışdı.
Tehsil-press.az














