UNEC təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan edir

UNEC təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan edir Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2023/2024-cü tədris ilində müvafiq ixtisaslar üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan edir.
Sənədlərin qəbulu mayın 17-dən avqustun 31-dək aparılacaq. Təkrar ali təhsil almaq istəyənlər UNEC-in saytıında qeyd olunan sənədləri elektron formada təqdim etməlidirlər.
Qeyd edək ki, 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər. 2023/2024-cü tədris ilində ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün ixtisasların siyahısı və əlavə məlumatla universitetin saytında tanış olmaq mümkündür.

Tehsil-press.az


Oxşar xəbərlər