UNEC təkrar ali təhsilə sənəd qəbulu elan edir

UNEC təkrar ali təhsilə sənəd qəbulu elan edir Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2021/2022-ci tədris ilində təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir.
İqtisadiyyat, texniki və texnoloji ixtisaslar üzrə bakalavr pilləsində ümumilikdə 22 ixtisasa təkrar ali təhsil üzrə ödənişli əsaslarla tələbə qəbulu aparılır. UNEC-in Zaqatala filialında isə qəbul 7 ixtisas üzrə həyata keçirilir.
Təkrar ali təhsilə sənəd qəbulu yalnız elektron qaydada aparılır. Qəbul olmaq istəyənlər sənədləri elektron olaraq təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanırlar. Təkrar ali təhsil almaq hüququ qazanacaq şəxslər üçün vəziyyət nəzərə alınmaqla tədrisin distant formada təşkili istisna edilmir.
Sənədlərin qəbulu bu il aprelin15-dən iyulun 1-dək aparılacaq.
Qeyd edək ki, 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər