Kaxovka SES-in partladılmasına görə ölənlərin sayı 41-ə çatıb

Kaxovka SES-in partladılmasına görə ölənlərin sayı 41-ə çatıb Kaxovka su elektrik stansiyasının partladılması və Xerson vilayətində ərazilərin su basması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.
"Kaxovka tədricən daşqın səbəbindən yaranmış fövqəladə vəziyyətdən çıxır. Təəssüf ki, ölənlərin sayı 41 nəfərə çatıb", - deyə o, "Telegram" kanalında yazıb.
Alekseenko bildirib ki, Aleşkinski rayonunda su demək olar ki, azalıb.
Qolopristanski rayonunun yaşayış məntəqələri su altında qalıb.
Təhlükəli infeksiyalara qarşı 3500 nəfər peyvənd olunub.
Təxminən 2200-dən çox şəxsə on min rubl məbləğində ödənişlər edilib.

Tehsil-press.az


Oxşar xəbərlər