
Azərbaycanda ölüm hökmü bərpa edilməlidirmi? Ümumiyyətlə ölüm hökmü ölkəmizdə yenidən tətbiq edilə bilərmi?
Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa açıqlamasında bildirib ki, ölüm hökmünün bərpası ilə bağlı hər hansı bir müzakirə getmir. Bu Avropa Şurası qarşısında bizim öhdəliklərimizə aiddir. İndiki vəziyyətdə bunu heç gündəmə gətirəndə də müəyyən problemlər çıxır. Düzdür elə cinayətlər var ki burda ölüm hökmündən başqa digər seçənəklər o qədər cəmiyyətdə birmənalı qarşılanmır.
Millət vəkili onu da bildirib ki, 20 il 30 il bu adama törətdiyi vəhşiliyə törətdiyi tamamilə cəmiyyətin dəyərlərinin alt-üst edilməsinə, insan həyatını məhv etməyə yönəlik davranışlara görə, cinayətkara 20 il yemək içmək - vermək, bəzən ədalətli qarşılanmır. Amma bəlli bir ölkənin də müəyyən humanist dəyərləri var ki, onu pozmamaq naminə belə bir addımların atılması nəzərdə tutula bilir. Bu baxımdan da ölüm hökmü ilə bağlı yeni müzakirələr açılmır. Düzdür, mən özüm də bəzi cinayətlərə görə, xüsusilə hamilə qadınların öldürülməsi, amansızlıqla qəsdən qətlə yetirilməsi, uşaqların öldürülməsi, uşaqların cinsi istismara məruz qalması ilə bağlı bəzi hərəkətlər, əməllərə görə, ölüm hökmünü doğru hesab edirəm. Amma mənim doğru hesab eləməyim məsələnin həlli demək deyil.
"Bütövlükdə ümumi cəmiyyətin maraqları və imici nəzərə alınaraq gündəmdə bu məsləni müzakirə etməyə bir əsas olmadığı söylənilə bilir", - deyə millət vəkili qeyd edib.
Tehsil-press.az