
Əvvəlki 28 günlə müqayisədə ölənlərin sayı 59 faiz, yoluxmaların sayı isə 48 faiz azalıb.
Təşkilatın məlumat cədvəlinə əsasən, dörd həftə ərzində dünyada 885 min 478 yoluxma halı və 4 min 912 ölüm halı qeydə alınıb. Bu dövrdə ən çox yoluxma Koreya Respublikasında aşkarlanıb - 383 min 767.
Sonrakı yerləri Avstraliya (85 167), Braziliya (70 163), Sinqapur (32 562) və Rusiya (30 049) tutur. İyunun 5-dən iyulun 2-dək Braziliyada ən çox ölüm qeydə alınıb - 1057. Sonrakı yerdə Rusiya (506), İtaliya (317), Peru (250) və Avstraliya (241) gəlir.
Tehsil-press.az