
Xalq artisti ona ünvanlanan pərəstişkarının “Keçmiş həyat yoldaşınız Anar Cəlilovu sevirsiniz?” sualına “Yox, ona hörmət edirəm. Çünki övladım Hüseynin atasıdır”, - deyə cavab verib.
Xalq artisti aparıcı Mətanət Əliverdiyevanın “Elə demə, sevirsən. Gözlərindən görürəm” sözlərinə “Elə demə, onun ailəsi var. Aləmi bir-birinə qatma (gülür). Qadın gərək sevdiyi şəxsdən dünyaya uşaq gətirsin ki, hər ikisinə də böyük sevgi bəslənsin”, - deyib.
Xalq artisti onu da bildirib ki, öz həyatından mahnı oxumayıb: “Amma mahnı ifa edəndən sonra o həyatı yaşamağa başlayıram”.
İfaçı xalq artisti Aygün Kazımova ilə duet oxunması haqqında ünvanlana sualına isə “Aygün Kazımova ilə bir dəfə bayramda duet ifa etmişik. İnşallah, niyə də olmasın”, - deyə cavab verib.
Tehsil-press.az