
O, Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Bu maddənin sanksiyasında 8 ildən 12 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Bu barədə partiya sədrinin vəkili Zibeydə Sadıqova məlumat verib. O qeyd edib ki, Q.İbadoğlu bir azdan Nərimanov Rayon Məhkəməsinə çıxarılacaq.
***
Qubad İbadoğlu məhkəməyə gətirilib.
***
Məhkəmə Qubad İbadoğlu barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Tehsil-press.az