Rza Rzayev həbs olundu

Rza Rzayev həbs olundu Tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev həbs olunub.
Bakı Apellyasiya Məhkəməsi bu gün onu Cinayət Məcəlləsinin 221.3-cü ((Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilərək, barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarıb.
R.Rzayevin vəkili Səlahəddin Cəfərov “AzPolitika.info”ya açıqlamasında bildirib ki, tanınmış aktyor Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında həbs edilib. Bu cinayət işi 2018-ci ildən davam edir və bu gün zərərçəkənlərin birinci instansiya məhkəməsinin qərarından verdikləri apellyasiya şikayətinə baxılıb.

Tehsil-press.az


Oxşar xəbərlər