
Lakin kəskin həkim çatışmazlığı təkcə Tarn departamentinin bir çox rayonlarında hiss olunmur. Fransa Senatının məlumatına əsasən, problem bütün ölkəyə geniş şəkildə yayılıb: fransızların 11 faizinin şəxsi həkim-terapevti yoxdur.
Hökumət tərəfindən aparılmış araşdırmanın nəticələrinə görə, Fransada həkim çatışmazlığının ən gərgin vaxtı gələn ilə təsadüf edəcək, vəziyyətin sabitləşməsi isə yalnız 2030-cu ilə gözlənilir.
Mütəxəssislərin özləri hesab edirlər ki, böhran bir neçə amillərin birləşməsi səbəbindən yaranıb. Onların fikrincə, indi təqaüdə 1970-ci illərin “bebi-bumerlər” nəsli çıxır, onları isə çox vaxt əvəz etmək mümkün olmur. Bundan başqa, gənc həkimlər daha yaxşı şərait tələb edir və həftədə altı gün 70 saatdan çox işləməyə can atmırlar.
Tehsil-press.az