Fransada həkimlər tətili davam etdirirlər

Fransada həkimlər tətili davam etdirirlər Fransada dekabrın 26-da başlayan terapevt həkimlərin tətili yanvarın 8-dək uzadılıb.
Bu barədə “Sabahın həkimləri” assosiasiyasının saytında məlumat verilib. Tətil edən həkimlərə bu həftə də tətili davam etdirməyə çağırış olunub. Onlar həkim konsultasiyasının haqqının artırılmasını (25 avrodan 50 avroya qədər) və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.
Fransa Azad Tibb Birliyi, Fransa Həkimlər Federasiyası, Liberal Həkimlər Həmkarlar İttifaqı və Gənc Həkimlər də daxil olmaqla, bir neçə həmkarlar ittifaqları dekabrın 26-da həkimləri tətil etməyə çağırıblar.
Həkimlərin tətili yanvarın 2-də başa çatmalı idi, ancaq hökumətin həkimlərə diqqətsizliyi onları tətili davam etdirməyə sövq edib. Sağlamlıq keşikçiləri yanvarın 5-də Parisdə Panteon meydanından Səhiyyə Nazirliyi istiqamətində etiraz nümayişi keçirəcəklərini bildiriblər.

Tehsil-press.az


Oxşar xəbərlər