
Aİ 454,8 milyon avroluq təbii fəlakət yardımı paketini təsdiqləməyə razılaşıb.
Yardımın 400 milyonu fevral ayında baş verən Kahramanmaraş mərkəzli zəlzələlərə görə Türkiyəyə gedəcək.
Onun 33,9 milyon avrosu 2022-ci ildə quraqlıqdan əziyyət çəkən Rumıniyaya, 20,9 milyon avrosu isə 2022-ci ilin sentyabrında daşqınların dağıntılara səbəb olduğu İtaliyaya göndəriləcək.
Yardım Aİ büdcəsinin həmrəylik və təcili yardım üçün ayrılmış hissəsindən ödəniləcək.
Tehsil-press.az