
Bunu "Hraparak" qəzeti yazıb.
İranlı beynəlxalq şərhçi və Qafqaz üzrə ekspert Ehsan Mohavedian, özünün "X" platformasında iyunun 27-28-də Bakıda Dünya Masonlarının Böyük Lojasının toplantısının keçirildiyini bildirib.
"Bu görüşün əsas məqsədi məlum olmasa da, aydındır ki, İsrailin İrana son hücumları və Bakının son anti-Rusiya ritorikası nəzərə alınaraq Zəngəzur dəhlizinin yaradılması planları müzakirə edilib. Bu tədbirdə NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiyada genişlənməsi məsələlərinə də toxunulub", - iranlı ekspert qeyd edib.
Erməni jurnalist Tatul Akopyan Ermənistan hakimiyyətinin Zəngəzur dəhlizinə və BƏƏ-də gözlənilən görüşə qarşı çıxmamasını vurğulayıb. O bildirib: “İrəvan prinsip etibarilə Araz çayı boyunca kommunikasiyaların Amerika-Erməni təşkilatına verilməsinin əleyhinə deyil. Bakı hələ yekun qərar qəbul etməyib, lakin İlham Əliyevlə Nikol Paşinyan arasında ikitərəfli görüşün planlaşdırıldığı məlumdur. Bu görüş iyulun 10-da Abu-Dabidə keçiriləcək və böyük əhəmiyyət kəsb edəcək”.
Tehsil-press.az