Livanlı müəllim və şagirdlər ölkəmizə səfər ediblər

Livanlı müəllim və şagirdlər ölkəmizə səfər ediblər Livanın Şimali Akkar Quberniyasında fəaliyyət göstərən Kavaşra orta liseyinin nümayəndə heyəti ölkəmizə səfər edib.
Səfər çərçivəsində elm və təhsil nazirinin müavini Həsən Həsənli Kavaşra orta liseyinin nümayəndələri ilə görüşüb. Görüş zamanı Kavaşra orta liseyində “Azərbaycan otağı”nın açılması yüksək qiymətləndirilib.
Qonaqlar, həmçinin Bakı Avropa liseyində yaradılan şərait, habelə tədris prosesi ilə tanış olublar.
Daha sonra STEAM İnnovasiya Mərkəzinə gələn nümayəndə heyətinə müəssisənin fəaliyyəti barədə məlumat verilib.

Tehsil-press.az



Oxşar xəbərlər