Ukraynalı şagirdlər İçərişəhərlə tanış olublar

Ukraynalı şagirdlər İçərişəhərlə tanış olublar Ukraynanın İrpen şəhərindəki akademik Zərifə Əliyeva adına liseyin rəhbər və şagirdlərdən ibarət 11 nəfərlik heyəti İçərişəhərlə tanış olub.
İçərişəhərdə gəzinti Qoşa Qala qapısından başlayıb. Daha sonra qonaqlara Qız qalası barədə ətraflı məlumat verilib.
Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.
Qeyd edək ki, nümayəndə heyətinin səfəri iyunun 17-dək davam edəcək. Onlar daha əvvəl STEAM İnnovasiyalar Mərkəzi və Bakı Avropa Liseyində olublar.
Sabah isə ukraynalı şagirdlər Fəxri xiyaban, Zərifə Əliyeva adına lisey, Bakı Ali Neft Məktəbi və Qala Arxeologiya Muzeyində olacaqlar.

Tehsil-press.az


Oxşar xəbərlər