Çinin ən iri müəssisələrinin gəlirləri 11,7 faiz azalıb

Çinin ən iri müəssisələrinin gəlirləri 11,7 faiz azalıb Çinin ən böyük sənaye kompaniyalarının ümumi gəliri yanvar-avqust aylarında 4,656 trilyon yuan (637 milyard dollar) azalıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 11,7 faiz təşkil edir.
Bu barədə Çin Dövlət Statistika İdarəsi məlumat yayıb. Statistika idarəsi iri müəssisələrə illik gəliri 20 milyon yuandan çox olan sənaye kompaniyalarını aid edir.
Tənəzzül 41 iqtisadi sahədən 11-də müşahidə olunur. Onların sırasına əsasən neft emalı, kömür, kimya və metallurgiya müəssisələri daxildir.
İlin ötən səkkiz ayında ÇXR-də ən iri dövlət sənaye müəssisələrinin gəlirləri 16,5 faiz, özəl kompaniyaların gəlirləri isə 4,6 faiz azalıb.

Tehsil-press.az





Oxşar xəbərlər