İki ay ərzində sənaye sahəsində 6,5 milyard manatlıq məhsul istehsal edilib

İki ay ərzində sənaye sahəsində 6,5 milyard manatlıq məhsul istehsal edilib Bu ilin yanvar-fevral aylarında sənaye sahəsində 6,5 milyard manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən təhsil-press.az-a verilən məlumata görə, sənaye məhsulunun 22,5 faizi emal sektorunda, 5,0 faizi elektrik enerjisi, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda qida məhsullarının istehsalı 1,0 faiz, içkilərin istehsalı 59,8 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,6 dəfə, geyim istehsalı 48,5 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 46,7 faiz, kağız və karton istehsalı 4,6 faiz, əczaçılıq məhsullarının istehsalı 58,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 82,3 faiz, tikinti materiallarının istehsalı 71,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 23,0 faiz, kompüter və elektron məhsulların istehsalı 82,8 faiz, elektrik avadanlıqlarının istehsalı 3,4 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 25,6 faiz, mebel istehsalı 73,2 faiz artıb.
Bu müddət ərzində tütün məmulatlarının istehsalı 63,5 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 36,2 faiz, poliqrafiya məhsullarının istehsalı 66,1 faiz, neft məhsullarının istehsalı 6,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 6,7 faiz, hazır metal məmulatlarının istehsalı 11,0 faiz, maşın və avadanlıqların istehsalı 66,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 53,7 faiz azalıb.

Təhsil-press.az

Oxşar xəbərlər