Azərbaycan gimnastları Avropa çempionatında yeddi qızıl medal qazanıblar

Azərbaycan gimnastları Avropa çempionatında yeddi qızıl medal qazanıblar Bolqarıstanın Varna şəhərində akrobatika gimnastikası üzrə keçirilən 31-ci Avropa çempionatında uğurla çıxış edən Azərbaycan yığması Vətənə qayıdıb.
Azərbaycan milli komandası akrobatika gimnastikası üzrə 31-ci Avropa çempionatında doqquz mükafat - yeddi qızıl və iki gümüş medal qazanıb.
Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bəşiridən ibarət qadın qrupu (gənclər) balans hərəkətləri proqramında qızıl, temp hərəkətləri proqramında və çoxnövçülükdə gümüş medal qazanıb.
Qarışıq cütlükdə çıxış edən Ağasif Rəhimov və Raziyə Seyidli, kişi cütlüyündə çıxış edən Daniel Abbasov və Murad Rəfiyev temp və balans hərəkətləri proqramı, eləcə də çoxnövçülükdə qızıl medala layiq görülüblər.
Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, oktyabrın 18-22-də Varnada (Bolqarıstan) akrobatika gimnastikası üzrə 31-ci Avropa çempionatı keçirilib.

Tehsil-press.az


Oxşar xəbərlər