
82 nömrəli tam orta məktəbin şagirdi Kamran Kazımov Serbiyada keçirilən dünya çempionatında karate idman növü üzrə I yerə layiq görülüb. Dünya çempionu olan Kamran Kazımov bu qələbəsinə görə diplom, medal və kuboka layiq görülüb. Paytaxtdakı 76 nömrəli tam orta məktəbin şagirdi Ruzanna Məmmədova Budapeştdə sərbəst güləş üzrə yeniyetmələr arasında dünya çempionatında II yeri qazanıb. Türkiyədə keçirilən muay-tay idman növü üzrə Avropa çempionatında 283 nömrəli tam orta məktəbin şagirdi Xəyal Əliyev isə bütün rəqibləri üzərində qalib gələrək I yerə layiq görülüb. O, qızıl medalla təltif olunub.
Tehsil-press.az