Cüdoçumuz Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında qızıl medal qazandı

Cüdoçumuz Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında qızıl medal qazandı Azərbaycan cüdoçusu Fidan Əlizadə Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında qızıl medal qazanıb.

Turnirdə 57 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız finalda niderlandlı Yuliya Berskensə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, Azərbaycanın festivalda ilk qızıl medalıdır.
Digər təmsilçimiz Aydan Vəliyeva (52 kq) isə bürünc medal uğrunda qarşılaşmada böyük britaniyalı Şarlotta Cenmana qalib gəlib.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın 3 cüdoçusu Avropa Gənclər Olimpiya Festivalında gümüş medal qazanıb.

Tehsil-press.az



Oxşar xəbərlər