
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, ilk olaraq 219 nömrəli evdə təhsil məktəbinə sağlamlıq imkanları məhdud yeni uşaqların yönləndirilməməsi, məktəbin sağlamlıq imkanları məhdud şagirdlərinin isə öz məktəblərində evdə təhsillərini davam etdirməsi nəzərdə tutulur. Dərs saatları azalan müəllimlərə digər məktəblərdə uyğun dərs saatlarının verilməsi təmin olunur. Uşaqların müəllimlərə psixoloji bağlılıqları nəzərə alınaraq həmin şagirdlərə öz müəllimlərinin dərs deməsi üçün bütün mümkün kömək göstərilir.
Növbəti mərhələdə 2024-2025-ci tədris ilindən etibarən qeyd olunan sağlamlıq imkanları məhdud şagirdlərin yaşayış yerlərinə yaxın məktəblər vasitəsilə evdə təhsillərini davam etdirməsi məsələsinə baxıldıqdan sonra şagirdlər daha keyfiyyətli təhsillə təmin olunacaq. Pedaqoji kollektiv üzvləri də fəaliyyətlərini davam etdirəcəklər.
219 nömrəli evdə təhsil məktəbinin kollektivi ilə görüşdə də bütün bu məqamlar və qanunauyğun proseslər diqqətə çatdırılıb.
Evdə təhsil alan uşaqların sağlamlıq durumları imkan verdiyi halda inklüziv təhsilə cəlb edilməsi də qarşıda duran məsələlərdəndir.
Tehsil-press.az