İnklüziv təhsilin inkişafı ilə bağlı qanunvericiliyə təkliflər hazırlanıb

İnklüziv təhsilin inkişafı ilə bağlı qanunvericiliyə təkliflər hazırlanıb Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə mövcud normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb. Təhsil naziri Ceyhun Bayramovun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən "2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın icrası ilə əlaqədar fəaliyyətlərin icrasına başlanılıb. Nazir qeyd edib ki, Təhsil Nazirliyinin tərkibində işçi qrup yaradılıb və bu sahədə mövcud normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı müvafiq müzakirələr aparılıb. O əlavə edib ki, yaxın zamanlarda hazırlanmış təkliflər paketi Nazirlər Kabinetinə təqdim ediləcək.
C.Bayramov onu da bildirib ki, 2017-2018-ci tədris ilində xüsusi təhsilə cəlb olunan 10130 sağlamlıq imkanları məhdud olan uşağın 6521 nəfəri evdə təhsilə, 3609 nəfəri isə xüsusi təhsil müəssisələrində, inteqrasiya təlimi təhsil müəssisələrində və ümumi təhsil müəssisələrinin nəzdindəki xüsusi siniflərdə təhsilə cəlb olunub.

Ruhiyyə Daşsalahlı

Oxşar xəbərlər