Azərbaycanlı alimlər Böyük Avrasiya ölkələri gənc alimlərinin Akademik forumunda iştirak ediblər

Azərbaycanlı alimlər Böyük Avrasiya ölkələri gənc alimlərinin Akademik forumunda iştirak ediblər Moskvada Rusiya Elmlər Akademiyasının 300 illiyinə həsr edilmiş Böyük Avrasiya ölkələri gənc alimlərinin “Elm qitəsi” adlı Akademik forumu keçirilib.
Forum Rusiya Elmlər Akademiyası, onun İctimai Elmlər üzrə Elmi İnformasiya İnstitutu və Skolkovski Elm və Texnologiyalar İnstitutunda keçirilib.
Forumda Rusiya, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Belarus, Özbəkistan, Türkmənistan, Çin, Hindistan, İran, Monqolustan, Vyetnam və başqa ölkələrdən olan gənc alimlər öz elmi tədqiqatlarını təqdim ediblər.
Aparıcı alimlərin rəhbərliyi altında tematik elmi bölmələr altı istiqamət üzrə işləyib: süni intellekt (riyaziyyat, informasiya-kommunikasiya texnologiyaları), fizika (nanotexnologiya, kvant texnologiyaları), kimya və materialşünaslıq, “Sağlam nəsil” (bio və tibbi texnologiyalar, iqlim, ekologiya), biotəhlükəsizlik və ərzaq təhlükəsizliyi (kənd təsərrüfatı elmləri), “İrsin qorunması” (humanitar, sosial elmlər).
Forum MDB İcraiyyə Komitəsi və Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının tərəfdaşlığı ilə keçirilib.

Tehsil-press.az



Oxşar xəbərlər