İtaliya XİN: Müalicəyə ehtiyacı olan fələstinli azyaşlıları ölkəmizə qəbul etməyə hazırıq

İtaliya XİN: Müalicəyə ehtiyacı olan fələstinli azyaşlıları ölkəmizə qəbul etməyə hazırıq İtaliya müalicəyə ehtiyacı olan fələstinli azyaşlıları ölkəyə qəbul etməyə və hərtərəfli müayinədən keçirməyə hazırdır.
Bunu İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani deyib.
Nazir azyaşlıların müalicəsinin Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcəyini bildirib.
O, Qəzzada humanitar böhranın qarşısının alınması üçün bütün vasitələrdən istifadə edilməsinin zəruriliyini vurğulayıb.
İtaliya hökumətinin bölgəyə humanitar yardım daşıyan iki təyyarə göndərdiyini, eləcə də təcili yardım və cərrahiyə otaqları olan hərbi gəmi yola saldığını xatırladan nazir, şəraitdən asılı olaraq Qəzzaya səhra xəstəxanası göndərəcəklərini də deyib.

Tehsil-press.az




Oxşar xəbərlər