
Bunu İtaliyanın Baş naziri Ciorcia Meloni deyib.
“İkitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərin müzakirəsi məqsədilə Çinə səfər etmək niyyətindəyəm. İtaliya Çin ilə ikitərəfli səviyyədə münasibətləri dərinləşdirmək istəyir”, - deyə Baş nazir bildirib.
“Bir kəmər, bir yol” təşəbbüsü Çinin tarixi İpək yolu üzərində nəqliyyat və infrastruktur layihələri ilə Şərq-Qərb ticarətini stimullaşdırmaq məqsədi daşıyır.
Qeyd edək ki, Ciorcia Meloni sentyabrın 11-də Dohada Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. Görüşdə yaxşı səviyyədə olan ikitərəfli münasibətlər və gələcək əməkdaşlıq əlaqələri müzakirə edilib.
Tehsil-press.az