
Neft və neft məhsulları ilə çirklənmiş suların müasir metodlarla, həmçinin bitki mənşəli tullantılarla təmizlənməsi, yenidən istifadəyə yararlı olub-olmamasının müəyyənləşdirilməsi aktual məsələlərdəndir. Bitki mənşəli tullantıların seçilməsinin əsas məqsədi az tullantılı və tullantısız texnologiyanın təmin edilməsinə əsaslanır. Bitki mənşəli tullantı kimi nar qabığının seçilməsinin səbəbi isə Azərbaycanda onun tullantı olaraq çox, uduculuq qabiliyyətinin yüksək olmasıdır. Uduculuq qabiliyyətinin artırılması üçün nar qabığının üyüdülərək, xırdalanma dərəcəsinin çoxaldılması prosesi həyata keçirilib. Nar qabığının sorbsiya qabiliyyəti müəyyən edilib. Bundan sonra sorbsiya dərəcəsinin artırılması məqsədilə Fe3O4 nanohissəcikləri ilə nar qabığı bionanoadsorbenti sintez olunub. Aparılmış təcrübəyə əsasən, 1,3,5,10 faizli bionanoadsorbentin sorbsiya qabiliyyəti müqayisə edilərək müəyyənləşib. 10 faizli nar qabığı+Fe3O4 bionanosorbent sistemi yüksək udma qabiliyyəti göstərir, bu isə təqribən 100 faizə bərabərdir.
Sonra seminar iştirakçılarının sualları cavablandırılıb.
Tehsil-press.az