Amerikalı professor Xəzər Universitetində onlayn təlim keçirəcək

Amerikalı professor Xəzər Universitetində onlayn təlim keçirəcək ABŞ-ın Oklahoma Universitetinin Mikrobiologiya və bitki biologiyası departamentinin professoru Maykl Maklnerni Xəzər Universitetinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun dəstəyi ilə “Anaerob mikroorqanizmlərdən istifadə etməklə tullantıların təmizlənməsi və enerji istehsalına yönəldilmiş innovasiyalı həllər” mövzusunda onlayn təlim keçirəcək.
Martın 1-dən 5-dək təşkil olunacaq təlimdə anaerobların qidalanması, fiziologiyası, bioyanacaqlar, metan, hidrogen və alkoqollar, mikrobial yağ bərpası prosesi, həmçinin mikroorqanizmlərin kanalizasiya və kənd təsərrüfatı tullantılarını enerjiyə, xüsusən metana çevirmək və çirklənmiş yerləri təmizləmək üçün də istifadə edilməsi haqqında danışılacaq.
Təlimin əsas məqsədi yerli alim və mütəxəssisləri tullantıların və çirklənmiş yerlərin təmizlənməsi və enerji istehsalı üçün mikrobioloji proseslərin istifadəsinə təşviq etməkdir.

Tehsil-press.az


Oxşar xəbərlər