Rusiya Ukrayna ilə danışıqları Qərbdə apara bilər

Rusiya Ukrayna ilə danışıqları Qərbdə apara bilər "Rusiya Ukrayna ilə danışıqlar aparmağa hazırdır. Bu, Qərb ölkələrindən birinin ərazisində də baş tuta bilər”.
Bu barədə məlumatı yüksəkvəzifəli mənbəyə istinadən “İzvestiya” yayıb.
Mənbənin sözlərinə görə, Macarıstan da iki ölkə arasında danışıqlar üçün platforma ola bilər. Belə ki, dekabrın 1-i Macarıstanın xarici işlər naziri Peter Siyyarto Budapeştin Moskva və Kiyev arasında danışıqlarda vasitəçi ola biləcəyini açıqlayıb.
Xatırladaq ki, Rusiya və Ukrayna arasında danışıqlar 2022-ci ilin mayında dayandırılıb. Həmin ilin sentyabrında Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, “Donetsk və Luqansk Xalq Respublikaları”nı ilhaq edib. Bunun ardınca, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti ilə danışıqları istisna edən Fərman imzalayıb. Putin isə öz növbəsində oktyabrın 18-i bildirib ki, Ukrayna sözügedən Fərmanı ləğv edərsə, iki ölkə arasında danışıqlar başlaya bilər.

Tehsil-press.az


Oxşar xəbərlər