Növbəti "siqaret axını"nın qarşısı alındı 

Növbəti Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Tehsil-press.az-a verilən məlumata görə, İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə "Sınıq Körpü" gömrük postunda baxış keçirilib. Yoxlama zamanı avtomobildən 12 min ədəd xarici markalı siqaret aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

tehsil-press.az

Oxşar xəbərlər