Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının professoru Elnarə Şəfiyeva, dosenti Məryəm Mustafayeva və müəllim Emiliya İgidovanın rəhbərliyi ilə “Klinik psixologiya” ixtisaslaşması üzrə I kurs magistrantları Autizm Mərkəzində olublar. Səfərin əsas məqsədi tələbələrin nəzəri biliklərini praktik mühitdə möhkəmləndirməsi və klinik bacarıqlarının inkişafı olub. Magistrantlar autizm spektr pozuntusu olan uşaqlarla aparılan diaqnostik və korreksiyaedici proseslə yaxından tanış olublar.Mərkəzin rəhbəri Aytən Eynalova qurumun fəaliyyət istiqamətləri, reabilitasiya proqramları və valideynlərlə iş prinsipləri barədə məlumat verib. Daha sonra klinik psixoloq Milana Həsənova tələbələri terapiya otaqları və mərkəzin digər bölmələri ilə tanış edib, tətbiq olunan müasir psixoloji yanaşmalar haqqında danışıb. Tələbələr müşahidələr zamanı mütəxəssislərlə fikir mübadiləsi apararaq real klinik halların təhlilində iştirak ediblər. Sonda belə praktik görüşlərin gələcək klinik psixoloqların peşəkar formalaşmasında mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Tehsil-press.az







