Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Tələbə Elmi Cəmiyyəti (TEC) və Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) həsr olunmuş infosessiya keçirilib.Tədbirdə TEC-nin fakültə sədri Dərya Həsənova bildirib ki, Ümumdünya Şəhərsalma Forumu BMT-nin Məskunlaşma Proqramının (UN Habitat) ərsəyə gətirdiyi dayanıqlı şəhər inkişafı mövzusuna həsr edilmiş dünyanın ən böyük beynəlxalq platformalarından biridir. 2026-cı il mayın 17–22-də Azərbaycanın paytaxtı Bakı WUF13-ə ev sahibliyi edəcək.
“Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçiriləcək Forum qlobal şəhər problemlərinin həllində və dayanıqlı inkişaf strategiyalarının formalaşdırılmasında mühüm rol oynayır.
Tələbələr Forumun əhəmiyyəti, eləcə də bu sahədə gələcəkdə həyata keçiriləcək təşəbbüslər barədə ətraflı məlumat əldə ediblər. Tədbirdə gənclərin şəhərsalma və memarlıq sahəsində beynəlxalq təşəbbüslərə qoşulmasının vacibliyi qeyd olunub.
Tehsil-press.az







