Bakı məktəbində Milli Qəhrəman Polad Həşimovun xatirəsi anılıb

Bakı məktəbində Milli Qəhrəman Polad Həşimovun xatirəsi anılıb İlyas Əfəndiyev adına Elitar gimnaziyada Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anadan olmasının 49-cu ildönümünə həsr edilmiş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən gimnaziyanın direktoru Səadət Cahandarova Polad Həşimov kimi igid Azərbaycan oğullarının göstərdiyi şücaət və qəhrəmanlıqlardan, belə igidlərdən örnək alan gənc nəslin üzərinə düşən vəzifələrdən danışıb.
BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov Azərbaycanda şəhidlərə, Milli Qəhrəmanlara, qazi və şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açıb. Gənc nəslə qürur yerimiz olan Polad Həşimov kimi ölümsüz ömür yaşayan səngər generalını tanıtmağın vacibliyini vurğulayan H.Əsgərov bu işdə təhsil müəssisələrinin rolundan bəhs edib.
Polad Həşimovun həyat yoldaşı, BŞTİ-nin əməkdaşı Ofelya Salmanova Milli Qəhrəmanın qısa və şərəfli ömür yolundan danışıb, onunla bağlı xatirələrini bölüşüb. Bildirib ki, Polad Həşimovla bərabər Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın hər biri gənc nəslə əsl örnəkdir.
Tədbir şagirdlərin vətənpərvərlik mövzularında hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam edib.

Tehsil-press.az




Oxşar xəbərlər