Dünənki yanğından təkcə Polad Həşimovun şəklini çıxartdı - Video
Xəbər verdiyimiz kimi, ötən gün səhər saatlarında “Metro City” ticarət mərkəzində yanğın olub. Yanğın zamanı obyekt sahiblərindən biri dükanının ön hissəsində yerləşən Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun şəkli olan plakatın yanmasının qarşısını alıb. Həmin anın görüntüləri sosial şəbəkələrdə yayılıb.