Tarix Muzeyinə Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov haqqında kitab hədiyyə olunub

Tarix Muzeyinə Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov haqqında kitab hədiyyə olunub AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə Milli Qəhrəman Polad Həşimova həsr edilmiş kitab hədiyyə olunub.
Nəşr Əməkdar jurnalist, ehtiyatda olan polkovnik Hikmət Xudiyev tərəfindən ərsəyə gətirilib. Şəhidlik zirvəsinə ucalan general Polad Həşimovun həyat və döyüş yolundan bəhs edən kitab Vətən müharibəsi fondunda qorunur.
Fond Azərbaycanın şanlı Zəfər tarixini tədqiq etmək üçün əhəmiyyətli mənbələrlə zəngindir.

Tehsil-press.az

Oxşar xəbərlər