
Bu sözləri "Beşiktaş"ın baş məşqçisi Fernando Santos Səudiyyə Ərəbistanı mətbuatına açıqlamasında bildirib.
Portuqaliyalı baş məşqçi açıqlamasında millidə olan zaman Ronaldo ilə münasibətininin yaxşı olmaması barədə yayılan xəbərlərə aydınlıq gətirib: “Bu barədə əvvəllər də danışmışam. Başa düşürəm ki, Kriştianu ehtiyat oyunçular skamyasında oturmaqdan məmnun deyildi, amma o, komandaya qarşı mükəmməl münasibət nümayiş etdirirdi. Biz 1/4 finalda qalib gəlsəydik, Ronaldo yəqin ki, start “11-liy”ə qayıdacaqdı. Bu taktiki qərar mənim üçün də çətin idi”.
F.Santos dünyanın ən yaxşı futbolçusunun da məhz Kriştianu Ronaldo olduğunu deyib: “O, Portuqaliyaya iki kubok qazandırıb. Buna görə də Ronaldonu çalışdırmaqdan və qələbə qazanmaqdan həzz almışam. Bunlar unudulmaz anlardır ki, hamımızın yaddaşında əbədi qalacaq”.
Tehsil-press.az