Messi Ronaldonu qabaqladı - “2017-ci ilin ən yaxşı futbolçuları”nın siyahısı

Messi Ronaldonu qabaqladı - “2017-ci ilin ən yaxşı futbolçuları”nın siyahısı İspaniyanın məşhur “Marca” nəşri 2017-ci ilin ən yaxşı futbolçularının siyahısını hazırlayıb.
Tehsil-press.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, jurnalın oxucular arasında apardığı sorğunun qalibi “Barselona”nın ulduz oyunçusu Lionel Messi olub.
İkinci yerdə Madrid “Real”ının futbolçusu Kriştianu Ronaldo, üçüncü yerdə isə “kral klubu”nun digər üzvü İsko qərarlaşıb.
Onluğu təqdim edirik:
1. Lionel Messi (“Barselona”)
2. Kriştianu Ronaldo (“Real”)
3. İsko (“Real”)
4. Harri Keyn (“Tottenhem”)
5. Luka Modriç (“Real”)
6. Kilian Mbappe (PSJ)
7. Canluici Buffon (“Yuventus”)
8. Neymar (PSJ)
9. Serxio Ramos (“Real”)
10. Kevin De Bruyne (“Mançester Siti”)

Tehsil-press.az

Oxşar xəbərlər