
“Prezident Yəməndə döyüş əməliyyatlarının dayandırılmasını və Kralın Yəmənin bütün ərazisinə humanitar yardım göstərəcəyinə dair vədini alqışlayıb”, - məlumatda qeyd olunub. Aprelin 10-dan Yəməndə BMT-nin vasitəçiliyi ilə atəşkəs rejiminin tətbiqinə dair razılaşma qüvvəyə minib.
Qeyd edək ki, Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü idən davam edir.
tehsil-press.az