
Tehsil-press.az İranın «Mehr» informasiya agentliyinə istinadən bildirir ki, buna səbəb Səudiyyə Ərəbistanının təşəbbüsü ilə sammitin bəyannaməsinin yekun variantına İran əleyhinə müddəaların daxil edilməsi olub.
Sammit başlamazdan öncə İranın xarici işlər naziri Zərif Səudiyyə Ərəbistanının bu cəhdlərinə etirazını bildirmişdi. Onun sözlərinə görə, belə cəhdlər İslam birliyi ruhuna ziddir və sionist rejimin maraqlarını güdür. Zərif xəbərdarlıq da edib ki, bu cür dağıdıcı hərəkətlərin müəyyən nəticələri də olacaq.
tehsil-press.az