Ramin İsayevin həbs müddəti uzadıldı

Ramin İsayevin həbs müddəti uzadıldı Xəbər verdiyimiz kimi, 16 milyonluq mənimsəmədə ittiham olunan “SOCAR-AQŞ” MMC-nin sabiq baş direktoru Ramin İsayevin cinayət işi üzrə ibtidai istintaq bitib.

“Qafqazinfo”nun məlumatına görə, İsayevin 3 aylıq həbsdə saxlama müddəti başa çatıb.

Bu səbəbdən ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokuror eyni qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə müraciət edib.

Binəqədi Rayon Məhkəməsi təqdimatı əsaslı hesab edib. R.İsayevin həbs müddəti Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası baş tutacaq günə kimi - 1 ay uzadılıb.

Qeyd edək ki, 2020-ci ildə “SOCAR-AQŞ” MMC-nin baş direktoru vəzifəsindən azad edilən R.İsayev 2023-cü ilin iyulunda Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) və 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) maddəsi ilə əlavə ittiham verilib.

Tehsil-press.az

Oxşar xəbərlər